hakan fidanbackend

Hakan Fidan: “Netanyahunun siyasəti İsrail, region və beynəlxalq təhlükəsizlik üçün yükdür”

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail Baş naziri Benyamin Netanyahunun hökumətinin siyasətini tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, Netanyahu hökumətinin siyasəti yalnız Türkiyə üçün deyil, həm də İsrail, region və beynəlxalq təhlükəsizlik baxımından problemdir.

“Onun siyasəti və hökuməti İsrail üçün yükdür, region üçün yükdür, həmçinin beynəlxalq təhlükəsizlik üçün təhdiddir”, – deyə Fidan qeyd edib.

Türkiyəli nazir əlavə edib ki, müxtəlif ölkələrdə bu məsələyə dair oxşar fikirlərin olduğunu düşünür və ABŞ Prezidenti Donald Trampın da vəziyyəti anladığını hesab edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki