Hakan Fidanbackend

Hakan Fidan: NATO-nun 5-ci maddəsinin tətbiqi şərtləri çox aydındır

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə mümkün qarşıdurma və NATO-nun 5-ci maddəsinin tətbiqi ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, NATO-nun 5-ci maddəsinin işə düşməsi üçün nəzərdə tutulan şərtlər və müddəalar çox aydındır.

O, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın 20 ildən artıq hakimiyyəti dövründə hər zaman sülh və təmkin siyasəti yürüdən lider olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, terrorla mübarizə istisna olmaqla, Ərdoğan daim region ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığın ən yaxşı yollarını axtarıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki