Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə ehtimalı ilə bağlı suala cavab verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Stubb bildirib ki, iki gün əvvəl Finlandiyada Çinin xarici işlər naziri ilə bu məsələni müzakirə edib.
Onun sözlərinə görə, Çin tərəfi bu məsələdə qəti mövqe nümayiş etdirərək, “Xeyr, bu baş verməyəcək” mesajını verib.
Bununla belə, Finlandiya Prezidenti vurğulayıb ki, eskalasiya riski hər zaman mövcuddur və bu təhlükəyə ciddi yanaşmaq lazımdır.
Rauf
























