Finlandiya işlənmiş nüvə yanacağının saxlanılması üçün dünyada ilk daimi yeraltı anbarın istifadəyə verilməsi istiqamətində mühüm mərhələyə çatıb.
İNFOAZ.MEDİA xəbər verir ki, ölkənin Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi (STUK) bildirib ki, Posiva şirkətinin inşa etdiyi obyekt bütün təhlükəsizlik tələblərinə cavab verir və onun 2070-ci ilədək fəaliyyət göstərməsi üçün istismar lisenziyasının verilməsini dəstəkləyir.
Məsələyə dair yekun qərarın Finlandiya hökuməti tərəfindən bu ilin payızında nəzərdən keçiriləcəyi gözlənilir.
Jalə
























