Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin tarix boyu dini və siyasi təqiblərdən qaçan insanlara sığınacaq verdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan çıxışı zamanı qeyd edib ki, Türkiyənin tarixi İnkvizisiya dövründən və nasist təqiblərindən qaçan insanlara dəstək göstərmək ənənəsi ilə yadda qalıb.
Türkiyə lideri həmçinin Qəzzada baş verən hadisələrə toxunaraq bildirib ki, Türkiyə və türk xalqını hədəf alan ittihamlarla diqqəti bölgədə yaşanan hadisələrdən yayındırmağa çalışanlar əvvəlcə öz tarixlərinə nəzər salmalıdırlar.
Prezidentin sözlərinə görə, Türkiyə humanitar məsələlərdə və sığınacaq siyasətində tarixi mövqeyini qorumaqda davam edir.
Jalə
























