image-erdogan-ile-pezeskiyan-arasinda-telefon-gorusmesi-19641662_7749_ampbackend

Ərdoğan Pezeşkianla telefonla danışdı

İran prezidenti Məsud Pezeşkian Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

İNFOAZ.MEDİA xəbər verir ki,telefon danışığı zamanı ABŞ və İsrail mediasında İranın guya Türkiyəyə raket hücumu təşkil etdiyi barədə məlumatların yayıldığını bildirib.

Məsud Pezeşkiyan Türkiyəyə yönəldiyi iddia edilən raket zərbələri ilə bağlı məlumatların araşdırılması üçün iki ölkənin iştirakı ilə birgə araşdırma qrupu yaradılmasını təklif edib.

O, həmçinin İranda baş verən son hadisələrlə bağlı Türkiyə hökumətinin göndərdiyi başsağlığı və həmrəylik mesajlarına görə məmnunluğunu ifadə edib və Türkiyəyə regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərinə görə təşəkkür edib.

Ərdoğan eyni zamanda İranın yeni Ali Lideri Müctəba Xameneyiyə yeni vəzifəsində uğurlar arzulayıb.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki