image-photo_55688backend

Dana Uayt azarkeşləri “UFC Fight Night Baku” turnirini izləməyə dəvət etdi

UFC prezidenti Dana Uayt “UFC Fight Night Baku” turniri azarkeşlərinə çağırış edib.

Bu barədə İNFOAZ.MEDİA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qurum rəhbəri azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq döyüşləri izləməyə çağırıb.

“Hər kəsə salam! UFC bu dəfə Milli Gimnastika arenasında! Biz yenə Azərbaycandayıq! Həmişə azarkeşlərə deyirəm, Bakı elə gözəldir ki, mütləq görməyə dəyər!” – , deyə o bildirib.

Xatırladaq ki, gecənin əsas döyüşündə təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə (Meksika) qarşılaşacaq.

İkinci əsas döyüşdə isə orta çəkidə Şarabutdin Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki