image-5933916508692090129backend

Avstraliya ilə Fici müdafiə sazişindən sonra Çin raket sınağı keçirdi

Avstraliya ilə Ficinin müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamasından bir neçə saat sonra Çin Cənubi Sakit okeanda nüvə enerjisi ilə işləyən sualtı qayıqdan uzun mənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Çin raketin döyüş başlığının maket olduğunu bildirərək, sınağın planlı hərbi təlimlərin bir hissəsi olduğunu açıqlayıb.

Bununla belə, Yeni Zelandiya raket buraxılışı barədə əvvəlcədən çox qısa müddətdə xəbərdar edildiyini bildirərək etiraz edib. Avstraliya isə bu addımı regionun sabitliyini pozan hərəkət kimi qiymətləndirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki