Avropa İttifaqı Meta şirkətindən Instagram və Facebook platformalarında avtomatik video oynatma (autoplay), sonsuz lent (infinite scroll) və istifadəçi aktivliyinə əsaslanan tövsiyə alqoritmlərinin standart olaraq daha az aqressiv işləməsini tələb edir.
İNFOAZ.MEDİA xəbər verir ki, Aİ həmçinin istifadəçilərin, xüsusilə yeniyetmələrin, platformalarda keçirdiyi vaxtı məhdudlaşdıran ekran vaxtı (screen-time) funksiyalarının daha effektiv olmasını istəyir.
Meta bu tələblərə əməl etməyəcəyi təqdirdə, şirkət Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində illik qlobal gəlirinin 6 faizinədək cərimə ilə üzləşə bilər.
Meta isə ittihamlarla razılaşmadığını bildirərək, yeniyetmələr üçün təqdim etdiyi “Teen Accounts” funksiyasının gənc istifadəçiləri kifayət qədər qoruduğunu müdafiə edir.
Rauf
























