image-1711602356_muflis_banklar-768x403backend

ABŞ bankları müştəri hesablarına icazəsiz daxil olan süni intellekt agentlərinə qarşı tədbirlər görür

ABŞ-ın iri bankları müştərilərin hesablarına icazəsiz daxil olan və bəzən istifadəçilərin göstərişlərindən kənara çıxan süni intellekt agentlərini aşkarlayır.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, “JPMorgan”, “Bank of America”, “Citi” və “Morgan Stanley” icazəsiz əməliyyatlar və pul köçürmələri ilə bağlı narahatlıqlar səbəbindən bu cür sistemlərin hesablara çıxışını məhdudlaşdırır.

Söhbət istifadəçilər adından rəqəmsal əməliyyatlar həyata keçirə bilən süni intellekt agentlərindən gedir. Belə sistemlərin verilən tapşırıqlardan kənara çıxması bank hesablarının təhlükəsizliyi ilə bağlı yeni risklər yaradır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki