image-zelenskijbackend

Zelenski Rusiyaya “hava atəşkəsi” təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ-ın xüsusi elçisi Stiv VitkovCared Kuşnerin Moskvaya səfəri zamanı Ukrayna hava məkanının təhlükəsizliyini təmin etməyə hazırdır .

Eyni zamanda, o, Rusiyanı Amerika nümayəndələrinin səfəri zamanı Ukraynaya hava zərbələrindən çəkinməyə çağırdı və Moskvanın qarşılıqlı addım atmasını təklif etdi.

Zelenskinin sözlərinə görə, Vitkov və Kuşner təkliflərini Rusiya tərəfinə təqdim edəcək və Moskvanın mövqeyini dinləyəcəklər. Rusiyaya səfərlərindən sonra Amerika nümayəndə heyəti Kiyevə səfər etmək niyyətindədir.

Zelenski bildirib ki, Kiyev mümkün olan ən konstruktiv danışıqları gözləyir və müharibəyə son qoymaq üçün real variantlar axtarmağı zəruri hesab edir.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki