Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın gələcəyi və Qərbin Kiyevə münasibəti ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDIA xəbər verir ki, Conson bildirib ki, Qərb liderləri Ukraynanın taleyinin Qərblə bağlı olduğunu açıq və birmənalı şəkildə bəyan etməlidirlər.
“Qərb liderlərindən həqiqətən ehtiyacımız olan şey Ukraynanın taleyinin Qərblə olduğunu açıq, qəti və birmənalı şəkildə elan etməkdir.
Artıq Qərb hökumətlərindən Ukraynanın gələcəyinin NATO-da olacağı barədə demək olar ki, heç nə eşitmirsiniz. Ukraynanın gələcəyi NATO-dadır.
Bu problemin həlli Ukraynanın hara doğru getdiyinə aydınlıq gətirməkdən keçir. Təəssüf ki, son bir neçə ildə nə Londondan, nə də Vaşinqtondan bu məsələdə hər hansı aydın mövqe eşitmişik”, – deyə Conson bildirib.
Rauf
























