Almaniya kifayət qədər könüllü hərbçi cəlb edə bilmədiyi üçün Litvada yerləşdirilən NATO briqadasına hərbçilərin məcburi qaydada göndərilməsinə başlayacaq.
İNFOAZ.MEDIA xəbər verir ki, Litvada xidmət üçün 1 000-ə qədər alman hərbçisinin təyin edilməsi gözlənilir. İlk təyinatların bu payız həyata keçirilməsi planlaşdırılır.
Almaniya 2027-ci ilin sonunadək Litvada 4 800 hərbçini daimi əsaslarla yerləşdirməyi planlaşdırır.
Rauf
























