Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən xüsusi əməliyyatla bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, “aqressor dövlətə təsir göstərmək və onu müharibəni dayandırmağa məcbur etmək” məqsədi daşıyan 40 günlük əməliyyatı təsdiqləyib.
Ukrayna lideri bildirib ki, əməliyyatın icrası Təhlükəsizlik Xidməti tərəfindən həyata keçiriləcək və əsas məqsəd Rusiyaya təzyiq göstərərək müharibənin başa çatdırılmasına nail olmaqdır.
Zelenski əməliyyatın detalları ilə bağlı əlavə məlumat verməyib.
Jalə
























