Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatları və qanadlı raketlərin vurulmasında uğurlu nəticələr əldə etdiyini, lakin ballistik raketlərə qarşı imkanların hələ də kifayət etmədiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, bunun əsas səbəbi ballistik raketləri məhv etmək üçün istifadə olunan interceptor raketlərin çatışmazlığıdır.
Ukrayna lideri qeyd edib ki, Ankarada keçiriləcək NATO sammitindən ilk növbədə ABŞ və Avropa ölkələrinin Ukraynanın hava məkanının müdafiəsini gücləndirəcək qəti qərarlarla ayrılması vacibdir.
“Patriot” raketləri müttəfiqlərin anbarlarında qaldıqca, bu, Rusiyanı yaşayış binalarını vurmağa davam etməyə həvəsləndirir”, – deyə Zelenski bildirib.
O vurğulayıb ki, ABŞ və Avropanın bu hücumları dayandırmaq üçün kifayət qədər imkanları var və Ukraynaya daha güclü hava hücumundan müdafiə dəstəyi göstərilməlidir.
Jalə
























