Yunanıstan İtaliyadan ümumi dəyəri təxminən 460 milyon avro olan iki istifadə olunmuş FREMM sinifli freqat alacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, “Carlo Bergamini” və “Virginio Fasan” adlı gəmilərin hər ikisi 2013-cü ildə istismara verilib. Gəmilərin müvafiq olaraq 2028 və 2029-cu illərdə Yunanıstana təhvil verilməsi planlaşdırılır.
Freqatlar “Aster 15/30” zenit raketləri və AESA radarı ilə təchiz olunub. Gəmilərdən birində sualtı qayıqların aşkarlanması və izlənməsi üçün yedəkli sonar sistemi də mövcuddur.
Razılaşmaya əsasən, İtaliyanın gəmiəleyhinə raketləri Yunanıstanın öz “Exocet” və ya “Harpoon” raketləri ilə əvəz ediləcək.
Müqavilə “2+2” formatında nəzərdə tutulub. Tərəflər artıq daha iki FREMM freqatının alınması ilə bağlı danışıqlar aparırlar.
İtaliyanın bu gəmiləri daha yeni FREMM EVO freqatları ilə əvəz etməsi gözlənilir.
Rauf
























