image-hormuz-5-768x403backend

WSJ: İran Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə zərbə endirib

İranın cümə axşamı günü Hörmüz boğazında Sinqapur bayrağı altında fəaliyyət göstərən yük gəmisinə hücum etdiyi bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, “The Wall Street Journal”-ın məlumatına görə, hadisə ötən həftə ABŞ və İran arasında strateji əhəmiyyət daşıyan dəniz marşrutunun yenidən açılması ilə bağlı əldə edilən razılaşmanın davamlılığı baxımından diqqət çəkən addım kimi qiymətləndirilir.

Məlumata əsasən, zərbə nəticəsində gəminin idarəetmə hissəsi zədələnib, lakin hadisə zamanı xəsarət alan olmayıb.

Bildirilir ki, insident İranın əvvəlcədən təsdiqləmədiyi marşrutlardan istifadə edilməməsi barədə xəbərdarlıq etməsindən bir neçə saat sonra baş verib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki