image-5802925374873211545backend

Volkswagen zavodunda “Dəmir Günbəz” sistemləri üçün avadanlıq istehsal oluna bilər

Almaniyanın Aşağı Saksoniya əyalətində yerləşən Volkswagen-in Osnabrük zavodunun gələcəkdə İsrailin Rafael müdafiə şirkəti üçün “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminə dəstək avadanlıqları istehsal etməsi planlaşdırılır. Müzakirə olunan layihə zavodun gələcəyini qorumaq və avtomobil istehsalının başa çatmasından sonra müəssisənin fəaliyyətini davam etdirmək məqsədi daşıyır.

İNFOAZ.MEDİA xəbər verir ki, Plan çərçivəsində Rafael üçün raketlər, buraxılış qurğuları və enerji generatorlarının daşınmasında istifadə olunacaq ağır yük maşınları və digər dəstək avadanlıqlarının istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi üçün Aşağı Saksoniya hökumətinin zavodun bir hissəsini öz nəzarətinə götürməsi və Rafael ilə birgə müəssisə yaratması variantı müzakirə olunur.

Bu model Volkswagen-in Qətərdən olan əsas səhmdarının İsrail şirkəti ilə birbaşa əməkdaşlığa etirazını aradan qaldırmağa imkan verə bilər. Aşağı Saksoniya hökumətinin layihədə iştirakı ilə bağlı danışıqların davam etdiyi bildirilir.

Məsələnin 4 sentyabrda Volkswagen-in Müşahidə Şurasının iclasında müzakirə olunması gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki