image-img-20260919-wa0014-768x403backend

Qırğızıstan Prezidenti ABŞ-a getdi

Qırğızıstan Prezidenti Sadır Japarovun ABŞ-yə işgüzar səfəri başlayıb.

Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısını Yuta ştatının Solt-Leyk-Siti şəhərinin hava limanında ştat Senatının prezidenti Stüart Adams qarşılayıb.

Səfər çərçivəsində Sadır Japarov ştat rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin turizm və dayanıqlı dağ inkişafı sahələrində ABŞ-nin təcrübəsi ilə tanış olacaq.

Daha sonra Qırğızıstan Prezidenti Nyu-Yorka gedəcək. O, burada BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrinin yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək, həmçinin ABŞ-ın dövlət başçıları və iri şirkət rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki