Ukraynanın Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində yerləşən Novı Urengoy qaz-kondensat zavoduna zərbə endirdiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, obyekt Rusiyanın Arktikadakı əsas qaz hasilatı bölgəsinin dərinliklərində yerləşir və Ukraynanın nəzarətində olan ərazilərdən təxminən 2 500–2 800 kilometr məsafədədir.
Novı Urengoy qaz-kondensat zavodu Rusiyanın mühüm enerji infrastrukturu obyektlərindən biri hesab olunur.
Zərbənin nəticələri və obyektə dəymiş ziyanın miqyası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Jalə
























