Ukraynada qoşa Kalaşnikov avtomatları ilə təchiz edilmiş yeni yerüstü döyüş dronları sınaqdan keçirilir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, layihənin əsas üstünlüklərindən biri adi avtomatlardan istifadə edilməsidir ki, bu da istehsal xərclərini azaltmağa və sistemləri cəbhənin ehtiyaclarına uyğun daha sürətli miqyaslandırmağa imkan verir.
İNFOAZ.MEDİA xəbər verir ki, robot platforması tam ötürücülü şassi, havasız təkərlər və qəlpə və atıcı silah güllələrinə qarşı qorunan korpusla təchiz olunub. Qoşa avtomatlı qüllə hədəflərə yüksək atəş sıxlığı yaratmağa imkan verir.
Bildirilib ki, layihə Brave1 müdafiə klasteri çərçivəsində ideyadan prototipə altı aydan az müddətdə çatdırılıb. Sistemlər artıq real döyüş şəraitində sınaqdan keçirilir və xüsusilə düşmənin dronlardan istifadə etdiyi pusqulara qarşı tətbiq olunur.
Ukrayna tərəfi hesab edir ki, uğurlu sınaqlar və platformanın nisbətən aşağı qiyməti gələcəkdə bu cür robot sistemlərinin kütləvi istifadəsinə imkan yarada bilər.
Rauf
























