Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə kütləvi zərbə endirməyə cəhd edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Rusiya bölgələri üzərində 130 Ukrayna dronu məhv edilib.
Ən çox dron (65 ədəd) Bryansk vilayəti üzərində vurulub. Moskva vilayətində 26 pilotsuz aparat zərərsizləşdirilib, onlardan 10-u paytaxta doğru hərəkət edirmiş. Belqorod üzərində 20, Kaluga üzərində 14, Tver üzərində 4, Tula üzərində isə 1 dron məhv edilib.
Jalə
























