ABŞ Prezidenti Donald Trampın administrasiyasının 177 milyon dollarlıq Demokratiya Fondundan ayrılan vəsaitlərin bir hissəsini miqrasiya, söz azadlığı, “Qərb sivilizasiya normaları”, Cənubi Afrikadakı afrikandların hüquqları və Nigeriyada xristianların təqib edildiyi iddiaları ilə bağlı proqramlara yönəltdiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, senator Cin Şahin ümumi dəyəri 22 milyon dollar olan 10 qrant layihəsinin qarşısını almaq üçün etiraz prosedurundan istifadə edib. Lakin ABŞ dövlət katibi Marko Rubio vəsaitlərin müddəti başa çatmadan onların öhdəlik kimi rəsmiləşdirilməsinə razılıq verib.
Təkliflər arasında Avropada söz azadlığı, milli suverenlik və siyasi rəqabəti təşviq edən “sivilizasiya ittifaqı” üçün 5 milyon dollarlıq qrant da yer alıb. CNN-in məlumatına görə, bu vəsaitlərin əvvəlki istiqamətlərdən fərqli proqramlara yönəldilməsi Tramp administrasiyasının xarici yardım siyasətindəki dəyişikliklərin bir hissəsidir.
Rauf
























