ABŞ oktyabrın 1-dən etibarən Suriyanı silah ixracı ilə bağlı avtomatik rədd edilən ölkələr siyahısından çıxarıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Bu qərar konkret hər hansı silah satışının təsdiqlənməsi demək deyil. Bundan sonra Suriyaya silah ixracı ilə bağlı müraciətlər avtomatik rədd edilmək əvəzinə ayrı-ayrılıqda nəzərdən keçiriləcək.
Qərarın Suriyanın daha əvvəl ABŞ-ın “Terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarılmasından sonra mümkün olduğu bildirilir.
Rauf
























