Tayvan 2019-cu ildə ABŞ-dan sifariş etdiyi 66 yeni F-16V Block 70 qırıcısından ilk ikisini qəbul edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, tədarük proqram təminatı ilə bağlı problemlər də daxil olmaqla, bir neçə ay davam edən gecikmələrdən sonra həyata keçirilib.
8 milyard dollar dəyərində olan müqavilə nəticəsində Tayvanın F-16 donanmasının 200-dən çox təyyarəyə çatacağı bildirilir. Tayvanın müdafiə naziri 2026-cı ilin sonuna qədər daha çox F-16V qırıcısının ölkəyə çatdırılacağını açıqlayıb.
Rauf
























