Türkiyə və Səudiyyə Ərəbistanı Ər-Riyadda dəmir yolu sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, sənəd müasir Hicaz dəmir yolunun yenidən qurulması planlarının irəlilədilməsi məqsədi daşıyır. Layihə çərçivəsində Səudiyyə Ərəbistanını İordaniya və Suriya üzərindən Türkiyə ilə birləşdirəcək yeni dəmir yolu dəhlizinin yaradılması nəzərdə tutulur.
Uzunmüddətli perspektivdə isə xəttin Oman istiqamətində və Hind okeanına qədər uzadılması planlaşdırılır. Layihə həyata keçiriləcəyi təqdirdə, bu marşrut Hörmüz boğazından yan keçən alternativ regional ticarət dəhlizi kimi fəaliyyət göstərə bilər.
Tərəflər hesab edirlər ki, dəmir yolu əlaqələrinin genişləndirilməsi regionda logistika, ticarət və iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan verəcək.
Rauf
























