Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Böyük Britaniya hökuməti ilə imzalanmış Eurofighter Typhoon tədarükü razılaşması çərçivəsində uçuş təlimlərinə başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, təlim proqramının ilk mərhələsində pilotlar aviasiya terminologiyası üzrə hazırlığı tamamlayıblar. Bundan sonra onlar Eurofighter Typhoon qırıcıları ilə uçuş təlimlərinə keçiblər.
Bu hazırlıq Türkiyənin əldə etməyi planlaşdırdığı Eurofighter Typhoon qırıcılarının istismarına keçid prosesinin mühüm mərhələlərindən biri hesab olunur.
Rauf
























