ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi ehtimalını istisna etməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, ABŞ artıq “Amerika körfəzi” və “Amerika gölü” kimi adlara sahibdir və növbəti addım okeanın adının dəyişdirilməsi ola bilər.
“Bizim Amerika körfəzimiz və Amerika gölümüz var. İndi isə bizə okean lazımdır. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişməli ola bilərik. Bəlkə də onların adını dəyişərik”, – deyə Tramp qeyd edib.
























