trampbackend

Tramp: “Səlahiyyət müddətimin sonuna qədər çip bazarının 50 faizinə sahib ola bilərik”

ABŞ Prezidenti Donald Tramp ölkənin yarımkeçirici sənayesinin inkişafı ilə bağlı iddialı hədəflər açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, onun administrasiyası dövründə ABŞ qlobal çip bazarında əhəmiyyətli pay əldə edə bilər.

“Səlahiyyət müddətimi başa vurana qədər çip bazarının 50 faizinə sahib ola bilərik”, — deyə o qeyd edib.

ABŞ lideri hazırkı vəziyyəti tənqid edərək ölkənin bu sahədə mövqeyinin zəif olduğunu vurğulayıb.

“Bilirsiniz indi nə qədərimiz var? Heç nə”, — deyə Tramp əlavə edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki