ABŞ Prezidenti Donald Tramp “Intel” şirkəti ilə bağlı açıqlamasında şirkətə dəstək göstərilməsi müqabilində ABŞ üçün pay istədiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, o, şirkətin rəhbərliyinə kömək təklif edib və bunun qarşılığında ABŞ-ın şirkətdə 10 faiz pay almasını istəyib.
“Intel-in bir az köməyə ehtiyacı var idi. Dedim ki, ‘Mən bunu sizin üçün edəcəyəm. Amma ABŞ-a şirkətinizin 10 faizini verin’”, — deyə Tramp bildirib.
ABŞ lideri qarşı tərəfin təkliflə dərhal razılaşdığını qeyd edib.
“O bunu o qədər tez qəbul etdi ki, düşünürəm daha çox istəməli idim”, — deyə Tramp əlavə edib.
Jalə
























