image-17backend

Tramp: Hovard Lutnik 11 sentyabrda oğluna çox şey borcludur

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin ticarət naziri Hovard Lutnikin 11 sentyabr 2001-ci il terror aktları zamanı Dünya Ticarət Mərkəzində olmamasından danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, “Hovard Lutnik həmişə səhər saat 6-da Dünya Ticarət Mərkəzində olurdu. Sentyabrın 11-də isə oğlunu məktəbə apardı və bütün hadisənin şahidi oldu. İllər ərzində ilk dəfə idi ki, həmin səhər erkən saatlarda orada deyildi”, – Tramp deyib.

Tramp əlavə edib: “O, oğluna çox şey borcludur”.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki