ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetin İrana qarşı keçirilən son hərbi əməliyyatlardakı fəaliyyətini yüksək qiymətləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Yeri gəlmişkən, dünən gecə İranda çox yaxşı iş gördünüz. Onları darmadağın etdiniz. Çox yaxşı”, – Tramp Hegsethə müraciətlə bildirib.
Tramp ABŞ-ın İranla qarşıdurmada “çox böyük üstünlüklə qalib gəldiyini” deyib və bildirib ki, media bunu vurğulamaq istəmir.
ABŞ Prezidenti hətta “The Times” qəzetinin də son vaxtlar İranın vəziyyətinin yaxşı görünmədiyini yazdığını qeyd edib və bunu “şokedici” adlandırıb.
Jalə
























