image-tramp-podpisalbackend

Tramp bəzi ölkələrlə ticarəti dayandırmaqla hədələdi

ABŞ Prezidenti Donald Tramp bəzi ölkələrlə ticarəti dayandırmaqla hədələyib. O, bunu sosial media hesabı olan “TruthSocial“-da yazıb.

Dövlət başçısı analitiklərin proqnozlarından iki-üç dəfə çox olan rekord sayda yeni iş yerinin açıldığını bildirib. Onun sözlərinə görə, Amerika işəgötürənləri avqust ayında 162 min yeni iş yeri yaradıblar.

Eyni zamanda, ölkənin əsas faiz dərəcəsi Trampın istədiyindən yüksək olaraq qalır. Buna görə də, o, Federal Ehtiyat Sistemini (FRS) rəhbərliyi pul siyasətini yumşaltmasa, ABŞ-ın ticarət kəsiri olan bir neçə ölkə ilə ticarəti dayandıracağı ilə hədələdi.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki