Tayvana təhvil verilməsi planlaşdırılan ilk iki F-16V Block 70 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən Havay adalarına geri qayıdıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Tayvan şərqdəki müdafiə imkanlarını gücləndirmək məqsədilə ümumilikdə 66 ədəd F-16V qırıcısı satın alıb. Təyyarələrin “Chihhang” aviabazasında yerləşdirilməsi planlaşdırılır.
İlk təhvilin 2023-cü ildə həyata keçirilməsi gözlənilsə də, istehsal xəttinin köçürülməsi və təchizat zəncirində yaranan problemlər səbəbindən proses dəfələrlə təxirə salınıb.
Qalan təyyarələrin 2027 və 2028-ci illərdə Tayvana çatdırılması planlaşdırılır.
Məlumata görə, qırıcıların Tayvana çatdırılması marşrutu Havay adalarından Quama, daha sonra isə Tayvana qədər uzanır. Ümumi uçuş müddəti təxminən 13 saat təşkil edir.
Təyyarələrin Havaya niyə geri qayıtdığı hələlik açıqlanmayıb.
Jalə
























