image-keir-starmerbackend

Starmer 10 illik müdafiə investisiya planını təqdim edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin yeni 10 illik müdafiə investisiya planını təqdim edib.

İNFOAZ.MEDİA xəbər verir ki, plana əsasən, müdafiə xərclərinin artırılması nəzərdə tutulur və yaxın dörd il ərzində bu sahəyə ümumilikdə təxminən 300 milyard funt sterlinqə yaxın vəsait yönəldilməsi hədəflənir. Açıqlamaya görə, əlavə 15 milyard funt sterlinqlik artım müdafiə imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Sənəddə əsas diqqət pilotsuz sistemlər, süni intellekt texnologiyaları və hərbi modernləşdirmə istiqamətlərinə yönəlib.

Britaniya hökuməti bildirib ki, plan artan beynəlxalq təhlükəsizlik çağırışları və xüsusilə Rusiyadan qaynaqlandığı qeyd olunan risklər fonunda ölkənin müdafiə potensialının uzunmüddətli gücləndirilməsini nəzərdə tutur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki