image-5918098358889287696backend

Somalidə Türkiyə dəstəyi ilə hava əməliyyatı: 35 “Əş-Şəbab” üzvünün zərərsizləşdirildiyi bildirilir

Somalinin Müdafiə Nazirliyi bildirib ki, ölkənin cənubunda yerləşən Aşağı Şəbələ bölgəsinin Godey ərazisində Türkiyə ilə koordinasiyalı hava əməliyyatı həyata keçirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, əməliyyat zamanı F-16 qırıcı təyyarələri vasitəsilə “Əş-Şəbab” qruplaşmasının istifadə etdiyi silah anbarları, gizlənmə məntəqələri və digər obyektlər hədəfə alınıb. Somalinin açıqlamasında təxminən 35 silahlının öldürüldüyü, 20-dən çox şəxsin yaralandığı qeyd olunub. Həmçinin zərbələrdən sonra baş verən ikinci dərəcəli partlayışların ərazidə sursat və hərbi təchizatın olduğunu göstərdiyi bildirilib.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki