Səudiyyə Ərəbistanı nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edibbackend

Səudiyyə Ərəbistanı nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini və krallığın nümayəndə heyəti İranın mərhum ali lideri Ayətullah Əli Xameneinin vida mərasimində iştirak edərək başsağlığı veriblər.

İNFOAZ.MEDİA xəbər verir ki, Səudiyyə nümayəndə heyəti mərasimdə iştirak edərək mərhum ali liderin xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, son illərdə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu fonda Səudiyyə nümayəndə heyətinin vida mərasimində iştirakı iki ölkə arasında münasibətlərin davam edən normallaşma prosesinin növbəti rəmzi addımlarından biri kimi qiymətləndirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki