image-irevan-xestexana-768x403backend

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərxanlı kənd sakini, 2015-ci il təvəllüdlü S.H (Ad şərtidir) Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Əməliyyatdan bir neçə gün sonra onun vəziyyəti qəfil pisləşib və həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlı avqustun 26-da otorinolarinqoloji əməliyyat üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası və xroniki tonzillit diaqnozları qoyulub, cərrahi əməliyyat icra edilib.

Açıqlamada qeyd edilib ki, pasiyentin müalicəsi əməliyyatdan sonra Reanimasiya şöbəsində davam etdirilib.

Avqustun 27-də saat 08:30 və 12:10-da azyaşlıda qanaxma müşahidə olunub. Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və həmin gün saat 13:40-da onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.// Qafqazinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki