image-untitled-1backend

Səidə Sultan və Tarix Əliyev arasında MÜBAHİSƏ

Tanınmış müğənni Səidə Sultan ilə prodüser və aparıcı Tarix Əliyev (Tolik) arasında “TikTok” platformasında canlı yayım zamanı gərgin mübahisə yaşanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, mübahisəyə səbəb son dövrlər televiziya efirlərində bayağı ifaçıların önə çəkilməsi ilə bağlı səsləndirilən fikirlər olub. Bu mövzu ətrafında gedən müzakirə zamanı tərəflər arasında fikir ayrılığı yaranıb və debat emosional müstəviyə keçib.

Canlı yayımda Xalq artisti Brilliant Dadaşova və digər tanınmış simalar da iştirak edib. Onların iştirakı ilə davam edən müzakirə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Hazırda tərəflər məsələ ilə bağlı əlavə açıqlama verməyiblər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki