“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd rəqibi müəyyənləşib.
İNFOAZ.MEDİA xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda İspaniyanın “Barselona” və Almaniyanın “Borussiya Dortmund” klubları ilə qarşılaşacaq.
Ölkə çempionu səfərdə isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted” komandaları ilə üz-üzə gələcək.
Beləliklə, “Sabah”ın Çempionlar Liqasındakı ilk dörd rəqibi arasında üç nəhəng klub – “Barselona”, “Arsenal” və “Mançester Yunayted” yer alıb.
























