İran şah ailəsinin keçmiş varisi Rza Pəhləvi siyasi ambisiyaları ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Pəhləvi bildirib ki, onun məqsədi heç vaxt hansısa dövlət vəzifəsinə və ya siyasi posta gəlmək olmayıb.
O qeyd edib ki, özünü daha çox dəyişiklik və keçid prosesində rol oynaya biləcək şəxs kimi görür.
“Mənim üçün heç vaxt məsələ vəzifəyə gəlmək olmayıb. Amma dəyişiklik və keçid prosesinin iştirakçısı olmaq baxımından xüsusi mövqedəyəm”, – deyə o bildirib.
Rauf
























