NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Sammitində “NATO Drone Edge Initiative” adlı yeni təşəbbüsün başladıldığını elan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte bildirib ki, təşəbbüs çərçivəsində NATO-ya üzv ölkələr növbəti beş il ərzində pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanlarının gücləndirilməsi üçün 40 milyard ABŞ dollarından çox vəsait yatıracaqlar.
Onun sözlərinə görə, layihənin məqsədi müttəfiq ölkələrin pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələrə qarşı hazırlığını və müdafiə qabiliyyətini artırmaqdır.
NATO Baş katibi əlavə edib ki, alyans ölkələri 2027-ci ilin sonunadək silahlı qüvvələrində pilotsuz uçuş aparatlarının operatorlarının sayını hazırkı göstəricidən beş dəfə artırmağı da öhdələrinə götürüblər.
Rutte qeyd edib ki, bu təşəbbüs NATO-nun müasir döyüş meydanında sürətlə dəyişən texnologiyalara uyğunlaşması və kollektiv müdafiə imkanlarının gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
Jalə
























