qəzabackend

Rusiyada dəhşətli qəza: 8 nəfər öldü

Baykal gölündə çinli turistləri daşıyan UAZ markalı mikroavtobus buzun altına düşərək batıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə buzun üzərində hərəkət zamanı baş verib. Sürücü buz qatındakı çatları vaxtında görməyib və nəqliyyat vasitəsi suya qərq olub.

Məlumata görə, avtomobildə 9 nəfər olub. Onlardan yalnız bir turist xilas edilib. Qəza nəticəsində yerli sürücü və 7 Çin vətəndaşı olmaqla ümumilikdə 8 nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki