Rusiya ölkə üzrə yaranan yanacaq çatışmazlığını azaltmaq məqsədilə Hindistandan benzin idxalına başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, çatışmazlığın əsas səbəblərindən biri Ukraynanın Rusiyanın neft emalı zavodlarına həyata keçirdiyi pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində emal güclərinə təsirin artması olub.
Məlumata əsasən, artıq ən azı 60 min metrik ton benzin Rusiyaya göndərilib. Bildirilir ki, Moskva yaxın aylarda Belarus da daxil olmaqla bir neçə ölkədən aylıq ümumilikdə 400 min tona qədər benzin idxal etməyi planlaşdırır.
Yanacaq qıtlığı səbəbindən bəzi bölgələrdə normalaşdırılmış satış tətbiq edildiyi, yanacaqdoldurma məntəqələrində uzun növbələrin yarandığı və ölkədaxili benzin qiymətlərinin rekord səviyyələrə yüksəldiyi qeyd olunur.
Jalə
























