rusiya bayrağı kremlbackend

Rusiya XİN ABŞ-ı Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırıb

Rusiyanın xarici işlər nazirinin müavini Dmitri Lyubinski BMT-nin Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun Cenevrədə keçirilən iclasında ABŞ-dan Nikolas Maduro və onun həyat yoldaşının azad edilməsini tələb edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Moskva Vaşinqtonu onların dərhal sərbəst buraxılması və Venesuelanın öz müqəddəratını müstəqil müəyyən etmə hüququna hörmət göstərməyə çağırır.

Lyubinski bildirib ki, ABŞ-ın Karakasdakı hərəkətləri və Maduroya qarşı təzyiqlər BMT Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bütün fikir ayrılıqlarının sülh yolu ilə həllinə üstünlük verilməlidir.

Moskva həmçinin Venesuela və Kubaya qarşı birtərəfli sanksiyaları və İrana təzyiqləri pisləyərək bunları suveren dövlətlərin daxili işlərinə müdaxilə adlandırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki