image-rusiya-ordubackend

Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibənin 1657-ci günü üzrə Ukrayna ordusunun itkiləri barədə məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, müharibə başlayandan bəri Ukraynanın 674 təyyarəsi, 284 helikopteri, 229 391 pilotsuz uçuş aparatı, 672 zenit-raket kompleksi və 30 850 tank və digər zirehli texnikası məhv edilib.

Bundan əlavə, 1 776 reaktiv yaylım atəş sistemi, 36 394 artilleriya qurğusu və minaatan, eləcə də 71 267 xüsusi təyinatlı hərbi avtomobil texnikasının məhv edildiyi iddia olunur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki