Avropalı və amerikalı rəsmilər Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2027-ci ilə qədər davam edəcəyini getdikcə daha çox ehtimal edirlər. Buna səbəb Stiv Uitkoff və Cared Kuşnerin son təşəbbüsünün Rusiya Prezidenti Vladimir Putinin mövqeyində dəyişiklik yarada bilməməsidir.
İNFOAZ.MEDİA xəbər verir ki, Moskvanın qış aylarında Ukraynanın enerji infrastrukturuna hücumları intensivləşdirəcəyi, eyni zamanda Avropada hibrid təzyiqləri artıracağı gözlənilir.
Rəsmilər hesab edirlər ki, Putin gələn ilin yazına daha güclü mövqedə daxil olmağa ümid edir. Bu səbəbdən ciddi danışıqların gələn ildən əvvəl başlaması ehtimalı aşağı qiymətləndirilir.
Jalə
























