image-dmitri-peskovbackend

Rusiya-Ukrayna danışıqları: Növbəti raund nə vaxt keçiriləcək? – Peskovdan AÇIQLAMA

Rusiya və Ukrayna arasında danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı hazırda konkret tarix və plan yoxdur.

İNFOAZ.MEDİA xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskovun sözlərinə görə, Moskva bu istiqamətdə Vaşinqtonla təmaslarını davam etdirir və sülh danışıqlarının növbəti mərhələsinin keçirilməsinə hazırdır.

Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov daha əvvəl növbəti danışıqlar raundunun sentyabr ayında keçirilə biləcəyini bildirmişdi.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki