image-hms-prince-of-wales-through-one-of-norways-many-fjords-08032024-credit-modbackend

Rusiya Tu-142 təyyarəsi Britaniyanın aviadaşıyıcısına yaxınlaşdı

Böyük Britaniya Hərbi Hava Qüvvələri iyulun 2-də Norveç dənizi üzərində “HMS Prince of Wales” aviadaşıyıcı zərbə qrupuna yaxınlaşan Rusiyaya məxsus Tu-142 “Bear F” dəniz patrul təyyarəsini müşayiət edərək ərazidən uzaqlaşdırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Böyük Britaniya tərəfi bildirib ki, Rusiya təyyarəsi aviadaşıyıcının yaxınlığında  “təhlükəli və qeyri-peşəkar” davranış sərgiləyib.

Bunun ardınca Britaniyaya məxsus F-35 qırıcıları havaya qaldırılıb və Rusiya təyyarəsini bölgədən uzaqlaşdıraraq müşayiət edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki