İran Rusiya ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair gizli müqavilə imzalayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, müqavilənin dəyəri 500 milyon dollardır. Sənədi Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexport, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri və İranın Müdafiə və Logistika Nazirliyi (MODAFL) imzalayıb.
Razılaşmaya əsasən, Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” portativ buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi tədarük edəcək. Təchizat 2027–2029-cu illərdə mərhələli şəkildə həyata keçiriləcək.
Bundan əvvəl İran nüvə proqramı ilə bağlı danışıqlarda yüksək dərəcədə zənginləşdirilmiş uranın bir hissəsini üçüncü tərəfə, o cümlədən Rusiyaya göndərməyə hazır olduğunu bildirmişdi. Tehran uranın zənginləşdirilməsini dayandırmağı və ehtiyatın bir hissəsini xaricə çıxarmağı təklif edib.
Jalə
























